Nida Xəbər
AYP qurucuları Aynur Camalqızı ilə görüşdü - FOTO
Azərbaycan Yüksəliş Partiyasının (AYP) qurucu üzvləri Teleqraf Media Holdinqin rəhbəri, Əməkdar jurnalist Aynur Camalqızı ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşlə bağlı danışan AYP-nin qurucu üzvlərindən Anar Əsədli partiyanın təxminən ay yarım bundan öncə yarandığını bildirib.
O qeyd edib ki, partiya qurucuları olaraq ziyalılarla, siyasi-analitik təhlilçilərlə, media rəhbərləri ilə görüşərək, fikir mübadiləsi aparırlar:
“Onların fikirlərini almalıyıq ki, partiya quruculuğumuzu daha mükəmməl şəkildə həyata keçirək. Ona görə də media rəhbərləri ilə də görüşürük. Bu gün Teleqraf Media Holdinqin rəhbəri Aynur xanım Camalqızı ilə görüşə gəldik. Həmin görüşdə də partiyamızın məram və məqsədlərini açıqladıq. Özümüzlə bağlı müəyyən informasiyalar verdik. Bildirdik ki, bizim siyasi təşkilatımız sağ mərkəzçi bir partiyadır. Eyni zamanda, bu görüşdə ictimai-siyasi fikir mübadiləsi apardıq”.
AYP-nin qurucu üzvü onu da əlavə edib ki, pandemiyadan sonra qurultayın hansı formada keçirilməsinə baxılacaq:
“Hələ ki, partiyanın sədri yoxdur. Yəqin ki, qurultaydan sonra partiyada strukturlaşdırma prosesi başa çatacaq. Bu günə qədər təxminən 15 rayonda təşkilatlarımız qurulub. Şəki, Sumqayıt kimi iri şəhərlərdə bu proses davamlı olaraq gedir. Partiyanın 20-yə yaxın qurucu üzvü var. Bu qurucu üzvlərin əksəriyyəti Türkiyədə, Avropada və Azərbaycanda yüksək təhsil almış mütəxəssislərdir”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

