Nida Xəbər
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşdü - FOTO
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Nazir Ceyhun Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib.
Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayında İtaliyaya dövlət səfərinin yüksək əhəmiyyəti vurğulanıb.
Səfir Auqusto Massarini öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli strateji əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdirildiyini qeyd edib.
Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Dünyanın üzləşdiyi COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən son təxribatı, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bölgədə gərginliyi artırmaq məqsədi güdən fəaliyyət və bəyanatları, eləcə də Azərbaycanın münaqişənin həlli üzrə məlum mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfinə tarazlı yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğu, uzun illər ərzində müşahidə olunan bu kimi yanaşmanın Ermənistanın işğalçı siyasətinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqeyi ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
