Nida Xəbər
Braziliyanın REBE TV kanalı Azərbaycana həsr olunmuş proqram yayımlayıb
Azərbaycana həsr edilmiş silsilə proqramların davamı olaraq Braziliyanın REBE TV kanalında növbəti proqram efirə gedib.
Azərbaycanın Braziliyadakı səfirliyindən Publika.az-a bildirilib ki, Azərbaycanda mültikulturalizmin dərin tarixi və ənənələrindən bəhs edən proqramda yerli ekspert qismində Klaus Junior və professor Leyla Bijos çıxış ediblər. Onlar Azərbaycanla bağlı xatirələrini bölüşərək, ölkəmizin bu sahədə təcrübəsinin nümunəvi olduğunu diqqətə çatdırıblar. Braziliyanın çoxmillətli ölkə olduğunu söyləyən professor L.Bijos qarşılıqlı təcrübənin öyrənilməsinə ehtiyac olduğunu vurğulayıb. Həmçinin professorun Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzində apardığı tədqiqatlar nəticəsində Braziliyada “Azərbaycanın dövlət siyasətində multikulturalizmin rolu” adlı elmi əsərinin nəşr olunduğu və bu kitab əsasında bir neçə yerli universitetlərdə tədris proqramlarının tərtib edildiyi bildirilib.
Kalus Junior, öz növbəsində, Azərbaycanla tanışlığından böyük məmnuniyyətini bildirərək, ölkəmizdə olduğu zaman bir sıra bölgələrimizə səfər edərək, etnik, mədəni, dini zənginliyimiz ilə tanış olduğunu və bütün bunların onun təcrübəsinin artmasına kömək etdiyini söyləyib. Müsahibəçi Braziliya və onun hüdudundan kənarda Azərbaycanın multikulturalizm modelini təbliğ etdiyini də vurğulayıb.
Qeyd edək ki, müxtəlif vaxtlarda Azərbaycanda olmuş hər iki ekspert Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzi ilə six əlaqədə akademik layihələr üzərində işlər aparırlar.
Müsahibə saat 10.00-da efirə gedib və bazar günü təkrar yayımlanacaq.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
