Nida Xəbər
“Bu işlə məşğul olan digər təşkilatların da rəy vermələri yaxşı olardı" - DEPUTAT
“Mülki əhalinin atəşə tutulması həm 4-cü Cenevrə Konvensiyası, həm də həmin Konvensiayaya birinci əlavə protolkolun kobud pozuntusudur. Bu, müharibə cinayətidir”.
Publika.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov “Amnesty International” və “Human Rights Watch”un Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasetli bombalı raket atdığını rəsmən təsdiqləməsi ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, bu məsələyə müxtəlif formatlarda beynəlxalq tribunallarda baxıla bilər: “Amma Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi var. Düzdür, Ermənistan həmin məhkəməyə üzv deyil, həmin o Roma statusunu tanımayıb. Amma bununla belə, əgər BMT-nin Təhlükəsizlik Şurası bu məsələni Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edərsə, müvafiq işlər başlaya bilər. Eyni zamanda digər bir formatda, Avropa İnsan Huquqları çərçivəsində də bu məsələyə baxıla bilər. Ona görə, əsas odur ki, hazırda belə müstqil təşkilatların, yəni “Amnesty International” və “Human Rights Watch” yaxud digər təşkilatlar rəyinin olması, o cümlədən xarici ölkələrin deputatlarının rəy verməsi həmin məhkəmələrdə istənilən bir formada bu işə baxış keçiriləkən müstəqil mənbə kimi çox faydalı ola bilər”.
“Bu rəy verən təşkilatlar beynəlxal təşkilatlardan biridir. Beynəlxalq QHT-dir. Sadəcə, bir rəy o verib. Amma daha yaxşı olardı ki, bu işlə məşğul olan digər təşkilatlar da baxsınlar, rəylərini versinlər. Düzdür, bununla bağlı artıq bizdə Baş Prokuror tərəfindən müvafiq cinayət işi başlanılıb, müvafiq materiallar toplanıb. Yəni artıq bu prosedur gedir. Amma istənilən halda müstəqil məlumatların olması beynəlxalq səviyyədə bu işə çox böyük müsbət təsir edə bilər”-deputat əlavə edib.
“Beynəlxalq birlikdə Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşıldığı kimi, beynəlxalq məhkəmədə də bu, mümkündürmü” sualını cavablandıran K. Cəfərov qeyd edib ki, istisna deyil: “Əsas mübarizəni aparmaqdır. İndi onsuz da bir çox xarici ölkələrin parlamentlərində də Azərbaycan əleyhinə işlər aparılır. Haradakı ermənilər sıx yaşayır, orada erməni lobbisi çox aktivdir. Ola bilər ki, onlar da hansısa formada bu işlə bağlı saxta, yalan məlumatlar təqdim etsinlər. Görürsünüz, onlar həm “tivitter”də, həm də mətbuatda feyk məlumatlar yayırlar. Ona görə düşünürəm ki, istisna deyil, amma istənilən halda bu, mübarzədir. Əsas mübarizəmiz davam edir və hər yerdə cavabımız birdir ki, Qarabağ Azərbaycandır!”.
Şamo Emin
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


