Nida Xəbər
Azərbaycanda öldürülən körpələrə səssiz qala bilmirik - Türkiyəli sənətçilər
Türkiyənin qabaqcıl mədəniyyət və incəsənət xadimlərinin bir qismi ermənilərin Azərbaycanda müharibə olmayan ərazilərdə dinc sakinlərə qarşı etdikləri hücumları pisləyən bəyanat imzalayıblar.
Publika.az xəbər verir ki, bəyanatı imzalayanlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, beynəlxalq təşkilatların da bu səpkidə real addımlar atmalı olduqlarını sözlərinə əlavə ediblər.
Bəyanatı oxucularımıza təqdim edirik:
“Biz bu müraciəti imzalayan sənətçi və ziyalılar ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdiyi hücumları pisləyirik. Atəşkəs dövründə Gəncə, Bərdə və digər şəhərlərə edilən bu amansız hücumlar günahsız və mülki əhalini hədəf alır. Fabrik və zavodlara, ticarət mərkəzlərinə, məktəblərə və evlərə atılan bombalar və bunun nəticəsində meydana gələn yanğınlar onlarla mülki şəxsin, qadınların, uşaqların və körpələrin həyatına son qoyub. İnsanları yatarkən də tək qoymayan bu hücumların davamlılığı qeyri-insani həddə çatıb. Bu hücumlar dərhal dayandırılmalıdır. Azərbaycanın haqlı mübarizəsində ermənilərin mülki əhaliyə qarşı etdiyi zorakılıq aktları pislənilməlidir. Tarixən Azərbaycana məxsus olan Qarabağın Azərbaycana aid olması bütün beynəlxalq konvensiyalarla təsdiq olunub. Ancaq buna baxmayaraq, beynəlxalq hüquq və ictimai rəyə məhəl qoymadan 30 ildir bu ərazidə işğal aktı həyata keçirilir.
Üstəlik, baş verənlərə susan dövlətlər, qeyri-hökumət təşkilatları, sənətçilər və düşünən insanlar var. Bu qeyri-insani aktlara susa bilməyən bəzi həssas sənətkarlar əllərini vicdanlarının üstünə qoyaraq Fələstində, Krımda, Uyğur Muxtariyyətində, Arakanda baş verənlərə reaksiya göstərdikləri kimi Qarabağda baş verən hadisələrə də reaksiya göstərirlər. Müharibələr güclü dövlətin, güclü mədəniyyətin hakim baxışına, eyni zamanda qərəzli baxışına çevrilə bilməz. Əgər çevrilərsə, bunun axırı soyqırımıdır. Bu mənada hər kəsi bütün işğallara və hücumlara qarşı fikir nümayişinə sövq etmək istəyirik. Bunun üçün bütün milli və beynəlxalq gücləri dürüst və ədalətli şəkildə həmrəy olmağa çağırırıq. Beynəlxalq hüquq qaydalarına və müqavilələrə laqeyd qalmamasını tələb edirik. Oxuduğunuz mətn bəzi sənətkarların məsuliyyət hissi ilə reaksiyalarını göstərmələri üçün yazılıb.
Səssiz dayanmaq, cəsarətli davranmaq və gerçəkləri hayqırmaq fərqli şeylər olsa da, vacib olan ilk addımı atmaqdır. Hamının sülh istədiyi, amma istəyənlərin özləri ilə tamamilə dürüst ola bilmədikləri yerdə dünyanın nəzarət mexanizmləri tam sürətlə işləyir və iri silah alverçilərini bəsləyən ölkələr xəsisliklə ovuclarını ovuşdururlar. Mütləq şəkildə sülhün bərqərar olmasının mümkün olmadığını anlasaq da, baş verən proseslərə susmamaq vicdani borcumuzdur; Azərbaycanda öldürülən körpələrə səssiz qala bilmirik.
Biz susa bilmirik! Sən də susma! Bütün işğallar, Orta Şərq planları, regional qarşıdurmalar, terror xaosu və etnik bölünmələr altında bu çirkli gücə boyun əyməyəcəyimizi bəyan edirik. Dövlətlərin ərazi bütövlüyünə qanunun aliliyi kontekstində hörmət göstərmək vacibdir. Ümid edək ki, rahatlıqla mahnı oxuyacağımız və şeirlər yazacağımız günlər gələcək. Bu gün baş verənlər kontekstində bunun arxasında dayanan dövlətləri və Birləşmiş Millətlər Təşkilatını işlərini görməyə və qərarlarını sülhün lehinə verməyə dəvət edirik. Azərbaycanda mülki əhalini hədəf alan hücumları qınayırıq və qarışıqlığı, xaosu lənətləyirik və bunların ən qısa zamanda dayandırılmasını istəyirik. Bu, xalqa çağırışımızdır. Bu mətn müstəqildir; Hər hansı bir qurumu, təşkilatı, siyasi partiyanı, dərnəyi və ya hərəkatı təmsil etmir. Bunu da xüsusi ilə qeyd etməyi özümüzə borc bilirik”.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO