Nida Xəbər
Ukraynadan QARDAŞ DƏSTƏYİ: Xarici siyasətimizin təməl daşıdır
Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib.
Məktubda qeyd edilib ki, sentyabrın 27-də - Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün - Ukrayna XİN Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. Sentyabrın 30-da keçirilən onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır".
Soydaşımızın nəzərinə bir daha çatdırılıb ki, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyi dəyişilməzdir: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir".
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO







.jpg)










.png)





.jpg)











