Nida Xəbər
Azərbaycanda bu şəxslər də şəhid hesab olundu - RƏSMİ
Nazirlər Kabineti 453 №li Qərarına dair İzah verib.
Kabinetdən Publika.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.
2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törətmiş və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olmuş, yüzlərlə vətəndaş isə yaralanmışdır.
Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.
Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
