Nida Xəbər
Fransa səfirindən Senatın qərarına REAKSİYA: Buna diqqət yetirin!
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib.
“Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq”, - səfir tvitter səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib. Bu qərar layihəsinin əleyhinə səs verən yeganə senator Silviya Qua-Şaven olub.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


