Nida Xəbər
Bakı sakinləri AYAĞA QALXDI: aksiya keçirildi - FOTO/VİDEO
Fransanın Azərbaycandakı səfirliyi qarşısında senatda qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnaməyə etiraz aksiyası keçirilir.
Aksiya iştirakçıları səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanmış plakatlar nümayiş etdirərək, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa, ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər.
Aksiyaçıların bəyanatında bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.
Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin".
xxx
Bakı sakinləri Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz edir.
Aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər. (trend)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)