Nida Xəbər
Gələn ilin büdcəsi Milli Məclisə tövsiyə edildi - YENİLƏNDİ
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak ediblər.
Müzakirələrdən sonra 2021-ci ilin dövlət və icmal büdcələrinin layihələri parlamentin plenar iclasına tövsiyə edilib.
xxx
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak edir.
xxx
Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılacaq.
Publika.az xəbər verir ki, büdcə zərfinə daxil olan məsələlər öncə bu gün saat 11:00-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq. Daha sonra isə gün ərzində parlamentin digər komitələrinin də iclası keçiriləcək.
Müzakirələrdə dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.
2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)







.jpg)















.jpg)



.jpg)

