Nida Xəbər
Azərbaycan Ordusunda yeni tədris ili başladı
Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris ili başlayıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq, aparılan döyüş əməliyyatlarının təhlilinin nəticələri, o cümlədən hərbi və digər təhdidlərin xarakteri nəzərə alınmaqla, dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək.
2021-ci tədris ilinin əsas məqsədləri müasir, yüksək texnologiyalardan geniş istifadə etməklə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qərargahların bacarıqlarının, habelə onların heyətləri arasında uzlaşmanın təkmilləşdirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Müdafiə nazirinin göstərişi ilə 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın düzgün tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsi dəyərləri dərindən öyrənilərək, dövlətimizin və xalqımızın mənafeyininin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasına, habelə istənilən şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilmə əzmini yüksək səviyyədə saxlanmasına istiqamətləndiriləcək.
Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaqdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
