Nida Xəbər
Sahibə Qafarova İran səfirini qəbul etdi - FOTO
Spiker Sahibə Qafarova İranın Bakıdakı səfirini qəbul edib Milli Məclisin Sədri Sahibə Qafarova İranın ölkəmizdəki səfiri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu gün Milli Məclisin Spikeri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Parlamentin Sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir: “Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır. İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır”.
Sədr bildirib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də müsbət təsir edir: “Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır. Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib”.
Spiker münasibətlərin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirib ki, bu sahədə tərəflər arasındakı mövcud xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir: “Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın mütəmadi təmasları ölkələrarası əməkdaşlığın da dərinləşməsinə öz dəyərli töhfəsini verir”.
İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin Sədrini təbrik edib. Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindədir.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.
-
MDB18:00Rusiyada neft emalı zavodu vuruldu
-
Yaxın Şərq16:53İsrail üçüncü F-16 təyarəsini itirdi
-
Yaxın Şərq16:42İrana xəbərdarlıq - Bu həftə kəskin zərbələr endiriləcək
-
Ekologiya15:27Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Yaxın Şərq14:57İranın nüvə kompleksi vuruldu
-
Hadisə14:06Həyat yoldaşına şiddət göstərən kişi cinayət məsuliyyətindən azad еdildi
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi







.jpg)
























.jpg)



.jpg)
