Nida Xəbər
Sevil Əliyeva BAKIYA GƏLİR - SƏBƏB
Space TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.
Publika.az Kult.az-a istinadla xəbər verir ki, hazırda bir çox şəxsin – Space TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir.
Space TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Saytımıza verilən məlumata görə, S.Əliyevanın seçimi tanınmış jurnalist, uzun illərdir Space TV-də çalışan, böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni (Rəşidə Rəşidin həyat yoldaşı) Kamil Şahverdiyevdən yanadır. Hazırda da kanala müvəqqəti rəhbərliyi K.Şahverdiyev edir.
Əldə etdiyimiz məlumata görə, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir və o zaman da kanal rəhbərini özü təyin edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Londonda yaşayır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
