Nida Xəbər
Millət vəkilindən həmkarına SƏRT SÖZLƏR
Həqiqətən də bu məsələnin müzakirə edilməsinə, aydınlıq gətirilməsinə ehtiyac var idi. Bəzən çoxları düşünürdü ki, Prezidentin xüsusi nümayəndəsi idarəetmədə paralel dövlət strukturu olacaq.
Publika.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı deyib.
O əlavə edib ki, Prezidentin xüsusi nümayəndəsi ilə icra hakimiyyəti orqanları paralel struktur kimi qiymətləndirilməməlidir: “Əvvəla nəzərə almaq lazımdır ki, Prezidentin xüsusi nümayəndələri işğaldan azad olunan ərazilərlə əlaqəlidir. Nəzərə almaq lazımdır ki, azad edilən tarixi torpaqlarımızda işlər sıfırdan başlayacaq. Orada müxtəlif nazirliklər, idarələr, şirkətlər çalışacaq. Xüsusi nümayəndə bu qurumların fəaliyyətini koordinasiya edəcək, quruculuq, abadlıq işlərini əlaqələndirəcək, Prezidentdən aldığı tapşırıqları həyata keçirəcək. Yerli icra qurumları isə əsasən əhalinin problemləri ilə məşğul olacaq”.
Aydın Mirzəzadə həmkarı Razi Nurullayevi tənqid edib: “Razi Nurullayevin çıxışı klassik müxalifətçilikdən kənara çıxmadı. Hamı pisdir, bunu dəyişdirmək lazımdır prinsipini ortaya qoydu. Amma hər hansı model, xarici təcrübə haqda danışmadı. Bu gün xarici təcrübə Azərbaycandan öyrənir. Azərbaycanın ordu quruculuğunu, köçkünlərlə iş təcrübəsini və idarəetmədə təkmilləşdirməni öyrənir”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

