Nida Xəbər
Böyük Britaniya Nümayəndələr Palatasından Xocalı soyqırımıyla bağlı BƏYANAT
Böyük Britaniya Nümayəndələr Palatasının web-saytında Xocalı soyqırımının 29- cu ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə edən Bəyanat yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan – Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev özünün "Facebook" səhifəsində məlumat verib.
Bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya -Azərbaycan Parlamentlər arası işçi qrupunun sədri , Mühafizəçilər partiyasının üzvü cənab Bob Bləkmən və Demokratik Unionistlər partiyasının üzvü cənab Cim Şənnondur. Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş itirmiş insanların xatirəsini hörmətlə anır və 26 fevral 2021- ci ildə Xocalı qətliamının 29- cu ildönümünü qeyd edən Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik “. Bəyanatda həmçinin uzunmüddətli sülh əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.
Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olur.
https://edm.parliament.uk/early-day-motion/58127
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)

















.jpg)






.jpg)


