Nida Xəbər
Fransada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTO
Hər il olduğu kimi bu il də Fransada yaşayan həmyerlilərimiz tərəfindən Xocalı faciəsinin ildönümü anılıb. Azərbaycanın Fransadakı səlahiyyətli və fövqəladə səfiri Rəhman Mustafayev başda olmaqla tədbir iştirakçıları Xocalı qurbanlarını, eləcə də şəhidlərimizi dərin ehtiramla yad ediblər.
Bu sözləri Publika.az-a açıqlamasında Fransa Azərbaycan Dialoqunun vitse prezidenti, ictimai fəal Aytən Muradova bildirib.
O, qeyd edib ki, mənfur erməni qüvvələrinin məkrli əməllərinə baxmayaraq, hər il Fransanın, xüsusən də Parisin mötəbər tədbir və konsert salonlarında Xocalı qurbanlarının əziz xatirəsi anılır.
Bu il ölkədə pandemiya şəraiti hökm sürdüyünə görə isə anım mərasimi və konsert proqramı onlayn şəkildə gerçəkləşib.
Xatırladaq ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutub. Konsertdə azərbaycanlı, rus və fransız musiqiçilər iştirak ediblər.
Etibar Əsədli, Səidə Zülfüqarova, Səddam Novruzbəyov, Ağarəhim Quliyev, Viktoria Mustafabeyli, Fabrice di Falco, Timur Abdikeyevin çıxış etdiyi konsert proqramında dünya şöhrətli musiqiçi Fazıl Sayın "Kara toprak" əsəri də səsləndirilib.
Anım tədbiri və konsert proqramı fransız izləyicilərin də marağına səbəb olub.
Leyla Sarabi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
