Nida Xəbər
Baş Prokurorluq və DİA arasında memorandum imzalandı
Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətlərindən olan prokurorluq orqanlarında peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.
Tədbir çərçivəsində akademik Urxan Ələkbərov ilə Baş prokurorun müavini Elmar Camalov arasında görüş keçirilib.
Görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə iştirak ediblər.
Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Bundan əlavə, Elmar Camalov və akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivi ilə görüşdə çıxış ediblər.
Elmar Camalov çıxışında Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, dahi Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanlar, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, tədris və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin verəcəyi töhfələr barədə məlumat verib.
Akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivinə hazırkı dövrdə aktuallığı ilə seçilən "Qlobal çağırışların idarə edilməsində yeni texnologiyalar: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda təqdimat edib.
Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
