Nida Xəbər
1000-dən çox ərizəyə baxılıb – Əliməmməd Nuriyev
“Bu gün Əfv Məsələləri Komissiyasının 10-cu iclası baş tutacaq. Bu vaxta kimi komissiya 1000-dən çox ərizəyə baxıb. Neçə nəfərin azadlığa çıxması Prezidentin sərəncamı ilə müəyyən olunacaq”.
Bunu Publika.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, sonuncu iclasda da bir sıra ərizələrə baxılacaq:
“Bu vaxta qədər 9 iclas baş tutub. Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər. Mən bunu istisna etmirəm. Əlbəttə, son və qəti qərar cənab Prezidentə məxsusdur. Əfv sərəncamının gününü və saatını da cənab Prezident bilər. Çünki bu, ölkə başçısının müstəsna və konstitusion səlahiyyətidir. Əfv Komissiyası iki formada qərarlar qəbul edir, ya tövsiyə xarakterli lehinə, ya da əleyhinə. Amma yenə də son qərar Prezidentə məxsusdur. Nə qədər lehinə, nə qədər əleyhinə olduğunu söyləyə bilmərik. Etik deyil. Üstəlik, hələ də müzakirələr gedir. Əfv Komissiyası təşkilati tərəfini, Prezident isə hüquqi tərəfini həll edir”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
