Nida Xəbər
TV-lər camaatı insan alverinə həvəsləndirir - Novruzov
Azərbaycanın qonşuluğuda olan dövlətlərin əksəriyyətində bu tip problemlər var. Bu səbəbdən də insan alverinə qarşı mübarizə çətinləşib. İnsan alveri qlobal məsələdir və hazırda dünyanı narahat edən əsas məsələlərdən biridir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məruzəsinə toxunarkən deyib.
Deputat xatırladıb ki, daxildə də insan alveri qurbanları var: “Regionlardan insanları aldadaraq gətirib məcburi əməyə cəlb edirlər. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməliyik və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir. İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
