Nida Xəbər
Tahir Budaqov “Çernobıl Əlilləri İttifaqı”nın bir qrup üzvü ilə görüşdü
Aprelin 23-də Yeni Azərbaycan Partıyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çernobıl faciəsinin baş verməsinin 35–ci ildönümü ərəfəsində Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb.
YAP-ın mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tahir Budaqov bildirib ki, Çernobıl AES-də baş vermiş qəza miqyası baxımından ötən əsrin ən böyük texnogen fəlakətlərindən biridir. O dövrdə Azərbaycandan 8 min nəfərə yaxın insan qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bu faciə həmin insanların sağlamlığına da təsirsiz ötüşmədi. Bu insanların bir qismi şüalanma nəticəsində dünyasını dəyişdi, digərlərinin isə sağlamlığında ciddi problemlər yaşanmağa başladı.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün insanların göstərdikləri fədakarlıq faciənin miqyasının daha da genişlənməsinin qarşısını aldı. Keçmiş SSRİ rəhbərliyinin Çernobıl faciəsinin ağır nəticələrini gizlətməyə çalışdığını xatırladan Tahir Budaqov diqqətə çatdırıb ki, o dövrdə yalnız SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev qəzanın baş verdiyi zonaya səfər edib və faciənin nəticələrinin aradan qaldırılması istiqamətində böyük səylər göstərib.
Çernobıl faciəsinin nəticələrindən əziyyət çəkən insanların dövlət qayğısından kənarda qaldığını xatırladan YAP sədrinin müavini vurğulayıb ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi bu sahəyə də xüsusi diqqət yetirilib, Çernobıl əlillərinin sosial hüquqlarının müdafiəsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında qəzanın nəticələrinin ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında qanun qəbul edilib.
Tahir Budaqov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Təşkilatın 31-ci ildir fəaliyyət göstərdiyini deyən Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov Çernobıl əlillərinin dövlət qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıraraq qeyd edib. Bildirib ki, Ulu Öndər tərəfindən Çernobıl əlillərinə hər zaman diqqət və qayğı göstərilib. Hazırda isə Prezident İlham Əliyev bu siyasəti davam etdirir.
Mirhəsən Həsənov deyib ki, bu gün Çernobıl əlillərinin mənzillə təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu da dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsidir. Çernobıl əlillərinin Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiyini deyən Mirhəsən Həsənov cəmiyyət üzvlərinin 95 faizinin YAP-ın sıralarında təmsil olunduğunu da diqqətə çatdırıb. O, həmçinin Çernobıl əlillərinin övladlarının könüllü olaraq Vətən müharibəsində iştirak etdiyini də bildirib.
Görüşün sonunda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinə Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş “Zəfər Salnaməsi” adlı kitab və xatirə hədiyyəsi təqdim edib.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































