Nida Xəbər
ABŞ-ın dövlət katibindən SENSASİON AÇIQLAMA: "Bayden Türkiyəni soyqırımda suçlamayıb"
ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni genosidi” haqda danışarkən Türkiyəni günahlandırmayıb.
ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə online-görüşü zamanı belə deyib.
“Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbətdə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,-dövlət katibi bildirib.
O qeyd edib ki, birlikdə çalışdığımız bir çox məsələ və sahə var: "Türkiyə ABŞ və NATO-nun kritik vacib müttəfiqidir. Bir çox ortaq regional və qlobal maraqlarda tərəfdaş kimi çıxış edirik”

Entoni Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Türkiyəni və digər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan bundan sonra silah və hərbi texnika almaqdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, belə sövdələşmələr Amerika sanksiyalarının təsiri altına düşə bilər.

“Mən çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. İstənilən halda Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər”,-Entoni Blinken deyib.
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır







.png)









.jpg)

.webp)















.jpg)


