Nida Xəbər
FHN-dən Qələbə Günü ilə bağlı bəyanat
Fövqəladə Hallar Nazirliyi (FHN) 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə bağlı bəyanat yayıb.
Publika.az bəyanatın mətnini təqdim edir:
“Bu gün faşizm üzərində Qələbənin 76 ili tamam olur. İkinci Dünya müharibəsində alman-faşist işğalçılarına qarşı mübarizədə Azərbaycan xalqı ön və arxa cəbhədə şücaət və igidliklər göstərərək, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirmiş, tarixi Qələbənin qazanılmasına öz dəyərli töhfələrini vermişdir. Azərbaycanın 600 mindən çox igid oğul və qızının yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçmiş, eyni zamanda xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışdır. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfərinin Azərbaycanın nümayəndələri olması xalqımızın qürur mənbəyidir.
Azərbaycanın bizim ümumi Qələbəmizə böyük töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Bakı neftçilərinin İkinci Dünya müharibəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir: “Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı”.
Bu gün ölkəmizdə ön və arxa cəbhə veteranları, onların ailələri dövlət başçısı səviyyəsində yüksək qayğı və diqqətlə əhatə olunmuşlar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim qəhrəmanlıq salnaməmizə imzalarını atmış veteranlara yüksək dəyər verir, onlara diqqət və qayğısını əsirgəmir, sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
