Nida Xəbər
YAP Gənclər Birliyi görüş keçirdi - FOTO
Mayın 26-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Gənclər siyasətinin sistemli təşkilinin cəmiyyətin inkişafında rolu” mövzusunda görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov iştirak edib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzunun aktullığından, mahiyyətindən geniş bəhs edərək bildirib ki, cəmiyyətin avanqard qüvvəsi olan gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.
Çıxış edən görüşün qonağı Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, gəncərlərə diqqət müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub: “Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərərək bugünümüz üçün möhkəm kadr potensialının əsasını qoyub. Gəncləri gələcəyimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu tezisi də irəli sürürdü ki, gələcəyimiz gənclərə indi nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu olub. 1996-cı il fevralın 2-də keçirilən bu Forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix, yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi”.
V.İskəndərov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında böyük çoxluğu gənclər təşkil edir: “760 mindən artıq üzvü sıralarında birləşdirən partiyada gənclərin təmsilçiliyi böyükdür. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Onların ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir”.
V.İskəndərov çıxışında Azərbaycan gəncliyinin vətənpərvərliyindən, torpaq sevgisindən də geniş bəhs edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində, tarixi Zəfərimizdə gənclərimizin torpağa, Vətənə bağlılıqları böyük rol oynayıb: “Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması, ərazi bütövlüyümüzün təmin edilməsi üçün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik”.
Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var




































