Nida Xəbər
Onların Şuşada təhsil alması daha gözəl olardı - Deputat
“Şuşa şəhəri Azərbaycanın siyasi, hərbi, mədəniyyət tarixində mühüm və müstəsna rol oynayıb. XVIII əsrdən başlayaraq Şuşa şəhəri Qarabağ torpağının taleyində əhəmiyyətli rola malik olub. Bu gün də elədir. Şuşa təkcə Azərbaycana deyil, dünyaya böyük şəxsiyyətlər bəxş edib. Şuşa memarlıq nümunəsi kimi də tarixə düşüb”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Fəzail Ağamalı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat əlavə edib ki, bunları təsadüfən xatırlatmır: “Erkin Qədirlinin hüquqşünas kimi yanaşması şəxsi fikridir. Qanunun preambula hissəsində qeyd edilməlidir ki, Şuşa XVIII əsrdən başlayaraq Azərbaycanın mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. Preambula hissəsində yazılmalıdır ki, musiqi, ədəbiyyat, mədəniyyət sahəsində verdiyi xidmətləri nəzərə alaraq, bu ənənəyə söykənərək belə qanun qəbul edilir. Məncə, bu, qanunu daha da gücləndirir”.
F.Ağamalı qanunun 3 maddəsinə ayrıca bənd kimi Şuşada Mədəniyyət və İncəsənət Universitetinin təsis edilməsinin salınmasını təklif edib. Ona görə, Bakıya gəlib təhsil alan istedadlı tələbələrin Şuşa şəhərində təhsil alması daha gözəl olardı.
Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ordumuzun 44 gündə yazdığı tarix Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib: “Gələcək nəsillər bunu daima qeyd edəcək, əbədiləşdirəcək. Təklif edirəm ki, Şuşanın ən görkəmli yerində Silahlı Qüvvələrimizin xatirə kompleksi yaradılsın”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
