Nida Xəbər
Türkiyənin Baş Prokuroru Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında - FOTO/VİDEO
Xəbər verildiyi kimi, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün Kamran Əliyev və Bəkir Şahin Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.
Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Eləcə də, hər iki ölkənin Baş Prokurorları tərəfindən Türkiyə Cümhuriyyətinin banisi, Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatının öndəri Qazi Mustafa Kamal Atatürkün şərəfinə Bakıda ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, eksponatlar barədə onlara ətraflı məlumat verilib.
Səfər zamanı həmçinin qonaqlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqların böyük marağına səbəb olub.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






