Nida Xəbər
Bahar Muradova şəhid jurnalistlərlə bağlı PAYLAŞIM ETDİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünün feysbuk səhifəsində Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovla bağlı xatirəsindən yazıb.
Publika.az komitə sədrinin şəhidlərlə bağlı paylaşımını təqdim edir:
“Hər ikisini də coxdan tanıyırdım, xüsusilə Siracı. İlk dəfə ünsiyyətdə olduqdan sonra cox maraqlı təəssürat oyatmışdı məndə. Zahiri görünüşü ilə tam ziddiyyət təşkil edən xarakteri olduğunu dərhal hiss etmişdim. Adətən coxsaylı media təmsilciləri ilə, xüsusilə tədbir öncəsi və sonrası ayaqüstü görüşlərdə kimin kim olduğunu və hansı media qurumunu təmsil etdiyini yadda saxlamaq cətin olur mənim ücün.
Amma bunu Siraca aid edə bilmərəm. Cünki elə ilk baxışdan öz işinə cox məsuliyyətlə yanaşdığı hərəkətlərindən bəlli, pəhləvan cüssəli, sakit təbiətli, simasında ildlrım effektli təbəssümü ilə zahirən cox ciddi, xaraktercə cox mülayim bu qaraqabaq oğlanı hec kimlə səhv salmaq mümkün deyildi.
Son dəfə onu hörmətli Yunis Orucovun işğal olunmuş ərazilərdə Məhərrəmlə birgə apardığı cəkilişlərlə bağlı hazırladığı jurnalist araşdırmasında izləmişdim.
Kamerası ilə yanaşı dayanmışdı. Ən yaxın sirdaşı kimi məhz onun obyektivindən 50 milyonluq azərbaycanlıların gözüylə işğaldan azad olunmuş ərazilərə baxdığını söyləyəndə isə gördüklərinin onu necə sarsıtdığını səsinin titrəyişindən duymuşdum.
Cünki bütün ev -eşiyindən didərgin düşmüş insanların daxili təlatümləri,kecirdikləri hiss-həyəcan mənə yaxşı tanışdır. Hətta onları şəxsən tanımasam belə bu mövzuda bir necə kəlmə söyləməsi kifayət edir ki, onun mənəvi durumu mənə aydın olsun.
Sirac isə həmin o filmdə təkcə bizim gözümüzlə baxan deyil, həm də gördüklərindən bizim hamımızın yerinə sevinc, qəzəb, təəssüf eyni zananda qürur hissi kecirən biri olduğunu bu bir necə kəlməsində izhar etmişdi.
İndi Sirac da Məhərrəm də haqq dünyasındadırlar. Özlərindən sonra isə kameranın yaddaşına köcürdükləri erməni barbarlığının izləri, insanlığın üz qarası olan faşizmin eybəcər simasını sübut edən faktlar, həmcinin yaxınları və doğmalarına ,eləcə də bizə əmanət etdiyi yadigarları qaldı...
Vətənimin fədakar oğulları, bilin ki, dövlətimiz və xalqımız bütün Şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq. Müharibə bitdikdən sonra belə can almaqda davam edən düşmən öz layiqli cəzasını alacaqdır. Sizin zəhmətiniz və fədakarlığınızla əldə edilən faktlar isə təkzibedilməz dəlil və sübut qismində insanlıq əleyhinə cinayətlər törətmiş canilərə qarşı ittiham aktında yer alacaqdır.
Uğrunda canınızı fəda etdiyiniz Vətən torpağında nur icində yatın!”.
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar










.jpg)
.png)



.jpg)




.jpg)

.jpg)











