Nida Xəbər
Bu təbəqənin yenidən yoxlamadan keçməsi onları incidir - Deputat
.jpg?v1686349782)
Milli Qurtuluş dövlətin qurulma tarixidir. 1992-ci ildə Ümummilli lider Yeni Azərbaycan Partiyasının nizamnaməsində əsas prinsipləri yazmışdı. Burada sosial ədalət prinsipi də öz əksini tapmışdı. Biz bu gün onu yerinə yetiririk. Qanun layihəsi təqdirəlayiqdir. Qeyd etmək istərdim ki, yenilikləri təqdim edəndə hər iki tərəfin maraqlarını nəzərə almalıyıq. Avropa standartlarına uyğun qanun qəbul ediriksə, əhalinin buna hazırlığını da nəzərə almalıyıq.
Publika.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, 20 yanvar, Qarabağ şəhidləri, Çernobıl əlilləri və digər kateqoriyaya məxsus olan insanlara münasibət eyni olmalıdır.
Deputat əlavə edib ki, Çernobıl hadisəsinin aradan qaldırılmasında minlərlə azərbaycanlı iştirak edib: “Əfqanıstan müharibəsində 8 min insan iştirak edib. Bu 8 mindən 3 mini Ümummilli liderin çağırışı ilə Ermənistanın işğalçılıq siyasətinə qarşı vuruşub. Eləcə də I Qarabağ müharibəsində 80 min insan iştirak edib, onun 15 mini əlil olub, 11 mindən çoxu isə şəhid olub. Azərbaycanda bu kateqoriyaya aid olan 21 500 nəfər əlil var. Son müharibə zamanı əlilliklə bağlı dəqiqləşdirmələr getdiyindən mən rəqəm açıqlamaq istəmirəm. Bunlar həssas təbəqədir. Həmin təbəqənin yenidən yoxlamadan keçməsi əslində onları incidir”.
Siyavuş Novruzov bildirib ki, 2019-cu ildə Prezident sosial sahədə böyük proqram təqdim edib və bunun üçün 3 milyard maliyyə ayırıb: “Prezident bu sahəyə xüsusi diqqət ayırır”.
Komitə sədri qeyd edib ki, müharibə veteranlarına 80 manat kommunal xərclərin ödənməsi üçün müavinət verilirdi: “Hamısı da bunu fəxarət hissi ilə qeyd edirdi. Mən təklif edirəm ki, bu məbləğ Çernobıl əlillərinə verilən məbləğə -130 manata uyğunlaşdırılsın. Beləcə biz 100 min veteran və qazilərin kommunal problemini həll edə bilərik”.
S.Novruzov deyib ki, ümumilikdə əlillərin sayının artmasında daha çox avtomobil qəzalarının və tikintidə təhlükəsizlik qaydalarına riayət edilməməsinin rolu var.

-
Nida Xəbər 9 İyun 23:59
Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı
-
İdman9 İyun 23:18
Ronaldonun sevimli yeməyi: Qəribə adı var - VİDEO
-
Sosial9 İyun 22:15
Vətəndaşların diqqətinə: pulsuz internet...
-
Nida Xəbər 9 İyun 21:54
Erməni hərbçilərini daşıyan avtomobilə atəş açılıb? - MN
-
Nida Xəbər 9 İyun 20:47
Doğum günündə vəfat edən Günelin SON VİDEOSU - "Sizi çox sevirəm"
-
Hadisə9 İyun 18:39
İskəndər dedi ki, 6 min ver, söhbət yayılmasın - Rəşad Dağlı
-
Sosial9 İyun 17:40
Bu rayona yeni hərbi prokuror təyin edildi
-
Sosial9 İyun 17:03
Bu işçilərin maaşı artırıldı