Nida Xəbər
Almaniyanın Bakıdakı səfirliyindən Oxçuçayı çirkləndirən alman şirkəti ilə bağlı AÇIQLAMA
Almaniyanın Bakıdakı səfirliyi mənbəyini Ermənistan ərazisindən götürən və Zəngilan ərazisindən keçərək Araz çayına birləşən Oxçuçayı çirkləndirən alman şirkəti barədə redaksiyamızın sorğusuna cavab verib. Səfir Volfqanq Maniqin adından haqqin.az və virtualaz.org saytlarının redaksiyasına daxil olmuş məktubda deyilir ki, səfirlik Azərbaycan KİV-lərinin transsərhəd çayların çirkləndirilməsi mövzusuna bu cür diqqət ayırmasını alqışlayır və buna görə təşəkkür edir. Lakin çayı çirkləndirən Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti “Cronimet Holding” hazırda bu regionda işləmir.
Xatırladaq ki, Oxçuçayda ekoloji fəlakətin miqyası Zəngilan işğaldan azad olunandan sonra mütəxəssislərin apardıqları araşdırmalardan sonra üzə çıxıb. Çayı çirkləndirən və ora zəhərli maddələr axıdan isə Ermənistandakı Zəngəzur mis-molibden kombinatı və Qafan dağ-mədən kombinatıdır. Məlumatlara görə, Qacaran yatağında hasilat işləri aparan Zəngəzur mis-molibden kombinatı “Cronimet Holding GmbH” alman şirkətinin törəmə müəssisəsidir.
Bununla əlaqədar olaraq redaksiya Almaniyanın Bakıdakə səfirliyinə, bu ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərmişdi.
Qeyd edək ki, son illərdə Almaniya KİV-lərində Azərbaycana qarşı qərəzli məqalələr artıb və bir qayda olaraq bu məqalələrdə Azərbaycan hökumətinin mövqeyinə yer verilmir. Lakin redaksiyamız jurnalist etikasını və demokratik normaları əsas tutaraq bu məsələdə Almaniya hökumətinin mövqeyini dərc edir.
Səfirliyin bəyanatında bildirilir: “Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan KİV-lərinə transsərhəd çayların çirkləndirilməsi probleminə diqqət ayırdığı üçün minnətdarlıq edir. Səfirliyə alman KİV-lərinin işıqlandırdığı konkret məsələ barədə məlumdur. Məsələn, 2019-cu ilin aprelində erməni ekoloji fəalları müxtəlif dağ-mədən şirkətlərinə qarşı etiraz aksiyaları keçiriblər. Almaniya səfirliyi Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında sərhədboyu əməkdaşlığı dəstəkləyir. Azərbaycanlılarla ermənilər arasında ətraf mühitin transsərhəd müdafiəsi sahəsində əməkdaşlıq aydın nümayiş etdirir ki, təmiz ətraf mühitə qarşılıqlı maraq azərbaycanlılarla erməniləri son onillərin münaqişələrindən daha çox birləşdirir”.
Bəyanatda daha sonra deyilir ki, Almaniyanın Bakıdakı səfirliyinin məlumatına əsasən Ermənistandakı mədən şirkətinin səhmlərinin sahibi olan alman şirkəti öz payını 2019-cu ilin sonlarında yerli investorlara satıb. Ona görə də Oxçuçayda zəhərli maddələrin miqdarının artmasına mədən şirkətinin yeni səhmdarları izahat verməlidir.
“Almaniyanın Bakıdakı səfirliyi bu sahiblər haqda informasiyaya malik deyil. Federal hökumətə Azərbaycan hökumətinin bu məsələyə müdaxiləsi barədə heç nə məlum deyil. Almaniya Bundestaqının üzvləri də hökumətə bu məsələ ilə bağlı müraciət etməyiblər”,-səfirlik bildirir. (virtualaz.org)
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA