Nida Xəbər
Samir Nuriyev Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşdü
İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.
Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
