Nida Xəbər
Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası baş tutdu - FOTO
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilib.
Publika.az xəbər verir ki, aksiyadan öncə şəhid generalın anası Səmayə xanım başda olmaqla Birliyin idarə heyəti və fəal üzvləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gedərək Polad Həşimovun abidəsi önünə gül çələngi qoyub, ruhuna dualar oxuyublar.
.jpg)
Sonra aksiya iştirakçıları Xətai rayonunda Polad Həşimov prospektində ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyin örnək nümunəsi, hərb tariximizin ləyaqətli simalarından biri, öz məğrurluğu, hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan general-mayor Polad Həşimovun anım günündə belə bir ağacəkmə aksiyasını keçirilməsini özlərinə vətəndaşlıq, soydaşlıq borcu hesab edirlər.
.jpg)
Z.Zeynal qeyd edib ki, bu kimi ictimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin Milli Qəhrəmanlara və onların ailə üzvlərinə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən uğurlu işlərə vətəndaş cəmiyyəti töhvəsini verməkdir.
Qurum rəsmisi Birlik tərəfindən gələcəkdə də ictimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu, tədbir və layihələrin davam etdiriləcəyini vurğulayıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


