Nida Xəbər
Quru Qoşunlarının yeni komandanı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.
Publika.az xəbər verir ki, Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. 1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat alıb. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999-2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Akademiyasını (Kara Harp Okulu) bitirib.
1987-1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989-1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir.
Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.
2000-2003-cü illərdə birləşmə komandiri, 2003-2005-ci illərdə Şəmkir Korpusu komandirinin Maddi-Texniki Təminat üzrə müavini, 2005-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində rəis müavini, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri, 2013-2015-ci illərdə Bərdə Korpusunun Qərargah rəisi vəzifələrində xidmət edib.
2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra 24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət edib. 2020-ci ilin iyun ayından sentyabr ayına qədər Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edib.
İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun 6-cı (ehtiyat) ordu korpusunun komandiri kimi döyüşlərdə iştirak edib.
Təltifləri
“Vətən uğrunda” medalı
“Kəlbəcərin azad olunmasına görə” medalı - 2020
“Hərbi xidmətlərə görə” medalı - 2002
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı”
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı
“Şərəf” ordeni
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi








.jpg)
.jpg)





.jpg)











