Nida Xəbər
Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi - (YENİLƏNDİ)
Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Publika.az xəbər verir ki, bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
Bununla da Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası başa çatıb.
Sonda Azərbaycan Dövlət Himni səsləndirilib.
xxx
12:00
Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına münasibət bildirən deputatlar bunu əsaslı hesab edirlər.
Publika.az xəbər verir ki, İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bu hadisə deputatlara dərs oldu: “Hər kəs qanun qarşısında bərabərdir”.
Baş prokurorun təqdimatını əsaslı hesab edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təqdimata səs verəcəyini deyib.
Deputat Məlahət İbrahimqızı bildirib ki, parlamentin adına xələl gətirilməsinə imkan verilməməlidir. O, digər deputatları da İntizam komissiyasının rəyini dəstəkləməyə çağırıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Eldəniz Səlimovun bağışlanmaz hərəkətə yol verdiyini deyib: “YAP İdarə Heyətinin üzvü kimi də təəssüflənirəm. Partiyamız gələcək seçkilərdə diqqətli olmalıdır. Baş prokurorun təqdimatını dəstəkləyirəm”.
11:03
“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimat deputatların diqqətinə çatdırılır.
Təqdimatı Baş prokuror Kamran Əliyev təqdim edir.
xxx
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.
Məsələ barədə parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov məlumat verir.
Komissiya sədri bildirib ki, Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib: "Təqdimata dünən İntizam komissiyasının iclasında baxılıb və E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edilib".
xxx
09:38
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.
Publika.az xəbər verir ki, toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq, avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Asif Nərimanlı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub











.jpg)



.jpg)

.jpg)
















.jpg)



