Nida Xəbər
Gənc əsgərlər and içdilər - FOTO/VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlərdən Emil Rəhimov hərbi andın və nizamnamələrin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edərək hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını mükəmməl mənimsəyib həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz verib.
Polkovnik Mehman Gülməmmədov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, hər bir əsgər xidmət etdiyi hərbi hissədə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün öz vəzifə borcunu şüurlu surətdə dərk etməli və xidməti vəzifələrini vicdanla yerinə yetirməlidir. Bu gün təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olan gənclərimiz bilməlidirlər ki, hərbi anda sadiq olan əsgər döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu şərəflə yerinə yetirir, düşmən üzərində qələbəyə sarsılmaz inamı ilə döyüş qabiliyyətini və ustalığını daha da artırır.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
-
Nəqliyyat12 Fevral 23:36Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər
-
ABŞ12 Fevral 23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin112 Fevral 22:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman12 Fevral 20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 12 Fevral 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə12 Fevral 19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə12 Fevral 19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 12 Fevral 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər





















.jpg)










.jpg)


