Nida Xəbər
Etibar Mirzəyev: "Sabah şad xəbərlər eşidəcəyik" - VİDEO
"3 saata yaxın davam edən müzakirələr başa çatdı. Qeyd etmək istərdim ki, bu gün əsas iki yerdə - Köyceyiz və Bodrum istiqamətində yanğın var. Qalan yanğınlar nəzarət altındadır. Sabah yəqin ki, şad xəbərlər eşidəcəyik.
Publika.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
“Ayın 10-da FHN-in 500-ə yaxın əməkdaşı, 77 yanğınsöndürmə maşını Yeniköy, Kəmərköy, İlan dağında işləyiblər. İlan dağı məntəqəsi deyilən yerdə yanğın çıxdı. Bizim orda bir neçə gündür ki, 30-dan artıq texnika və 150 nəfər şəxsi heyətimiz 24 saat növbədədir və bu yanğını operativ şəkildə söndürdülər. Əgər bir az yubansaydıq, bu yanğın daha da genişlənəcək və böyük fəsadlar törədəcəkdi”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, Böhran Mərkəzində 4 nazir, millət vəkilləri, rəsmi şəxslər təkcə yanğınlarla bağlı deyil, yanğının nəticələri, onun vurduğu ziyanın aradan qaldırılması, meşələrin yenidən salınması, rabitə sistemlərinin və yanan evlərin bərpası, insanlara dəymiş ziyanların ödənilməsilə bağlı geniş müzakirələr aparıblar:
“Yanğının vurduğu ziyan qısa zamanda aradan qaldırılacaq. Biz həmişə türk millətinin yanındayıq, yanında olacağıq. Siz gördünüz ki, nazirlər, adi fermerlər, kənddə yaşayan insanlar necə isti münasibət göstərdilər. Türkiyə xalqı böyük xalqdır. Bu gün müzakirələrdə söylənildi ki, biz bunu geridə qoyacağıq, ancaq bu bizə böyük dərs oldu. İndiyə kimi Türkiyədə belə böyük yanğınlar olmamışdı”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
