Nida Xəbər
Xankəndi sürətlə boşalır: yeni müharibə təhlükəsi
Xankəndidəki terrorçuların “xarici işlər naziri” David Babayan ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib.
Publika.az xəbər verir ki, Babayan deyib: “Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik”.
Və bununla təsdiqləyib ki, rus sülhməramlılarının arxasında gizlənən terrorçular ermənilərin köçünün qarşısını ala bilmir.
David Babayan bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi.
Erməni jurnalist Sovinar Barxudaryan isə rus sülhməramlılarına bel bağlamaq haqda danışarkən deyirdi ki, gələcək naməlumdur: “İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar, 4 il sonra nə olacağını bilmək çətindir, biz bir həftə sonra nələr olacağını bilmirik”.
Son bir həftədə Xankəndidəki ermənilərin 30 faizi susuz qalıb. Onlar həm də yeni müharibənin olacağından qorxurlar.
Asif Nərimanlı
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır









_(1).jpg)


























