Nida Xəbər
Qərbi Azərbaycan İcmasından “Qalib əsgərə təşəkkür!” - FOTO
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ildən 27 sentyabr tarixi Azərbaycanda Anım günü kimi qeyd olunacaq.
Publika.az xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşəbbüsü ilə Zəfər tarixinin başladığı günün ilk ildönümü əlaqədar “Azərkitab”da “Qalib əsgərə, təşəkkür!” adlı tədbir keçirilib.
Azərbaycanın haqq və şərəf işi, ərazi bütövlüyünün bərpasında qəhrəmanlıq və şücaət göstərərək Vətənin müdafiəsinə qalxmış bir qrup Qərbi Azərbaycan kökənli müharibə iştirakçısının dəvət olunduğu tədbirdə Türkiyəli ictimai xadim, tarixçi-alim Ziya Zakir Avcar da iştirak edib.
Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə ilk olaraq Vətən müharibəsinin tarixi döyüş səhnələrini əks etdirən sənədli kadrlar nümayiş etdirilib.
Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad olunub. Bu duyğusal və kövrək anlardan sonra tədbirin məramı və məqsədi haqda söz açan Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Telli Pənahqızı ilk olaraq tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçılarına, habelə bu tarixin yazılmasında müstəsna rolu, qətiyyəti və iradəsi ilə iz qoyaraq Azərbaycanın yeni tarixini yazan sərkərdəmiz, cənab Ali Baş Komandan İlham Əliyevə bütün xalqımız və Qaçqınlar Cəmiyyəti adından təşəkkürünü bildirdi. O qeyd etdi ki, zaman-zaman taleyinə mənfur qonşularımız tərəfindən təcavüz, işğal və xəyanət yazılan xalqımız bu günkü qələbəni məhz bu yolda canlarından keçən şəhidlərimizə və qazilərimizə borcludur.
Qərbi Azərbaycan kökənli insanlar tarixin 200 ili boyunca erməni vəhşilikləri ilə üz- üzə qalıb, mənfur düşmən bu böyük elatı dəfələrlə yurd-yuvasından didərgin salıb, bədnam havadarlarının köməyi ilə özünə "dövlət" yaratmağa nail olan haylar zaman- zaman torpaqlarımıza sahib çıxıb, özünə vətən düzəldib- deyən Qadınlar Şurasının sədri, Qərbi azərbaycanlıların da tezliklə əzəli və əbədi torpaqlarına qayıdacaqları günün uzaqda olmadığına inandığını söylədi.
O həmçinin qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində hər bir azərbaycanlının ürəyi döyüş meydanındakı qəhrəman oğulların yanında olub. Bu gün bütün dünyanı heyrətə gətirən qəhrəman ordumuzun, qalib əsgərlərimizin yazdığı tarixlə qürur duyduğumuzu bir daha fəxrlə söyləyən sədr, sözü Azərbaycan Qaçqınlar cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə verdi.
Qərbi Azərbaycanla bağlı həqiqətləri araşdırıb, tarixi faktlar və tutarlı əsaslarla diqqətdə saxlayan alim qeyd etdi ki, artıq bir ildir ki, hamılıqla Azərbaycanın böyük qələbəsinin qürurunu yaşayırıq. Bu qələbə asan əldə olunmayıb! Bu qələbə Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, səriştəli diplomatik gedişləri, sərkərdəlik qabiliyyəti, Azərbaycan Ordusunun hərbi rəşadəti, xalqımızın birliyi və həmrəyliyi ilə qazanılıb. 44 günlük müharibədə düşmənlə üz-üzə duran Vətən övladlarının qəhrəmanlığından söz açan millət vəkili bildirib ki, istər şəhidlərimizin, istərsə də qazilərimizin nümayiş etdirdikləri şücaət hər birimiz üçün örnəkdir. Biz bunları heç vaxt unutmayacağıq və bu qəhrəman övladlar hər zaman bizim baş tacımızdırlar. 27 sentyabrı 200 illik tarixi prosesdə dönüş nöqtəsi adlandıran millət vəkili, məhz bu gündən Qərbi Azərbaycana qayıdış üçün geriyə sayımın başlandığını da vurğulayıb.
“200 ildən bəri itirdiyimiz torpaqların geri alınması prosesi 27 sentyabrdan başlayıbsa, əmin olmalıyıq ki, bu sıfır nöqtəsinədək davam edəcək” - deyən millət vəkili onu da vurğulayıb ki, bu gün bir xalqın prezidenti Zod aşırımında, Ömər aşırımından Qərbi Azərbaycanla bağlı çox önəmli ismarışlar verirsə, demək ki, bizim xalqımız mütləq o torpaqlara da qayıdacaqdır!
Sonda tədbir iştirakçılarına təşəkkür edən Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri qarşıda çox məsuliyyətli və vacib məsələlərin də durduğunu diqqətə çatdırdı. Daha sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini Rahilə Abdullayeva söz alaraq tədbirə qatılan Vətən mühatibəsi iştirakçıları haqda məlumat verdi. Hər biri alqışla qarşılanan qazilər də öz ürək sözlərini, 44 günlük Vətən Müharibəsinin ağrılı və sevincli təəssüratlarını paylaşdılar.
Türkiyəli qonaq, araşdırmaçı və daha çox Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan Ziya Acar da xalqımızın 44 günlük müharibə tarixinə töhfələrini verən hər bir əsgərimiz üçün türk qardaşlarımızı keçirdiyi qürur və sevinci dilə gətirdi, xalqımızın haqq işini dəstəkləyən qardaş Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirdi.
Tədbirdə eyni zamanda icma üzvü olan əsgər valideynləri, şəhid ailələri və keçmiş döyüşçülər də öz düşüncələrini bölüşdülər.
Tədbirin sonunda qazilərimizə İcmanın hazırladığı hədiyyələr, təşəkkürnamələr və kitablar təqdim olundu. Yığıncaq çay süfrəsi arxasında da davam etdirildi.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz