Nida Xəbər
Ərdoğan Qarabağa gəlir
Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, yaxın vaxtlarda hava limanının açılışı olacaq: “İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam etdirilir. Bu gün Füzulidə, Şuşada sürətlə bərpa-quruculuq işləri aparılır. Bir il keçdi, bu ildə qət edilən məsafəni görsəniz, qürur duyarsınız. Cənab Əliyev şəxsən bu bölgə ilə maraqlanır. Onun bütün komandası bu istiqamətdə çalışır. Bir il öncə harda idik, indi haradayıq. Böyük işlər görülür. Füzuli aeroportunun inşası bitmək üzrədir. Sınaq uçuşları həyata keçirilib. Yaxın vaxtlarda hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə qatılacaq.
Bir neçə ay öncə Şuşaya getmişdik, oraya biz Bakıdan magistral yolla getdik. Səfər boyunca işğal altında qalan ərazilərdə istifadə olunmayan yolların xaraba hallarını gördük. Bu gün fotolara da baxıram, biz bunu Füzuliyə getdiyimizdə daha yaxşı görə biləcəyik. Orada çox gözəl işlər görülür, bölgə yenidən ayağa qaldırılır”.
İ.Kalın əlavə edib ki, Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur. “Bu proses zamanı Azərbaycan həmişə məsuliyyətlə hərəkət edib. Təcavüzkar mövqe tutmadı, beynəlxalq hüquqa uyğun hərəkət etdi. Uğurlu bir qələbə var. Burada böyük əmək var. Nazirlərimiz, hər iki ölkənin xarici işlər naziri və ölkə liderləri çox böyük vaxt sərf etdilər. Bu qələbəni hər dəqiqə izlədilər. Asanlıqla qazanılmadı, xeyli şəhid verildi. Nəticədə, böyük bir mübarizə ilə parlaq qələbə əldə edildi” - dövlət rəsmisi bildirib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)
























