Nida Xəbər
“Türk dəhlizi” açıldı: “İlk addım atıldı, Ankaranın planı reallaşır”
“Ermənistan ilk “türk dəhlizi”ni açdı: Azərbaycanın təyyarələri ölkəmizin üzərindən keçərək Naxçıvana enə biləcək, həmçinin əks istiqamətdə uçuşlar həyata keçiriləcək”.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
“Bu səhər məlum oldu ki, Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvana daxili uçuşlar həyata keçirir. Bu, əslində, Azərbaycan və Türkiyə arasında açılacaq “türk dəhlizi”nin birinci komponentidir”, - ekspert bildirib.
Geqamyan bunun Zəngəzur dəhlizinin açılması yönündə atılmış mühüm addım olduğunu iddia edib:
“Bu dəhlizin açılması Ankaranın planında idi. Dəhliz açılsa, Türkiyə Avrasiyada supergücə çevriləcək. Eyni zamanda, Sünikin (Zəngəzur) Azərbaycanın nəzarətinə keçməsinə münbit zəmin yaradacaq”.
Ekspert 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan və Türkiyənin Ermənistandan tələblərinin yerinə yetirildiyini deyib:
“Bu tələblərdən biri bölgədəki kommunikasiyaların açılması idi. Bu kommunikasiyaların tərkib hissələrindən biri olan hava dəhlizi bu səhər rəsmi olaraq açıldı”.
Qeyd edək ki, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
