Nida Xəbər
Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illik yubileyi İranda qeyd olunub.
Publika.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi və müavinləri, Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçilərin, ictimaiyyətin nümayəndələri və İranda yaşayan azərbaycanlılar iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasında misilsiz xidmətlərini vurğulayıb. Diplomat ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə və ondan sonrakı illərdə də ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Əli Əlizadə ölkəmizin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əlyevin yürütdüyü müdrik siyasət nəticəsində xalqımızın 30 il ərzində mübarizə apardığı əsas məqsədinə - işğal altındakı torpaqların azad edilməsi və müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib. Səfir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişafı, xalqımızın yüksək milli ruhu və birliyi, Azərbaycan Ordusunun peşəkarlığı və mübarizliyi, eləcə də qəhrəman şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın işğalçı Ermənistanı Vətən müharibəsində məğlub etdiyini və ərazilərimizi azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdiyini, erməni işğalına son qoyaraq bölgədə sülh və ədaləti bərpa etdiyini vurğulayıb.
Mərasimdə Azərbaycanın 30 il ərzində keçdiyi şərəfli tarixdən, beynəlxalq münasibətlərindən və dünya dövlətləri ilə səmərəli ikitərəfli əlaqələrindən bəhs edən səfir Əli Əlizadə qonşu ölkə olan İranla da ikitərəfli münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini və müstəqilliyin ilk günlərindən İranla bütün sahələrdə yaxın dostluq əlaqələrinin qurulduğunu bildirib.
Rəsmi hissənin başa çatmasından sonra azərbaycanlı uşaqların ifasında “Naz eləmə” rəqsi təqdim olunub, “Arşın mal alan” operettasından kiçik səhnəcik nümayiş etdirilib, “Azərbaycan” şeiri səsləndirilib. Tədbir Azərbaycan xalq və milli musiqisinin sədaları altında verilən ziyafətlə davam edib.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































