Nida Xəbər
Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirildi - VİDEO
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Publika.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantıda praktiki və göstərici məşğələlərə üstünlük verilib.
Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Kiçik ölçülü hava hədəflərinə qarşı mübarizə”, “Mövqelərin mühəndis cəhətdən hazırlanması” mövzularında məşğələlər keçirilib, atıcı silahlardan normativlərin yerinə yetirilməsi nümayiş olunub. Məşğələ zamanı minaatan batereyasının atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi məşq etdirilib.
Toplantıda təmir emalatxanalarının və qida məntəqəsinin səhra şəraitində açılması, ehtiyat döyüş sursatının döyüş maşınlarında və nəqliyyat vasitələrində saxlanılması praktiki olaraq göstərilib.
Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
