Nida Xəbər
Deputat: Bu qələbənin memarı İlham Əliyevdir
“Millətimizi təbrik edirəm. Tarixi günlər yaşayırıq. Müharibə 44 gün davam etsə də, dövlətimiz uzun illər fəaliyyət göstərmiş, buna hazırlaşmışdı. Müharibə Azərbaycan tərəfindən ədalətli, işğal olan ərazilərin azad edilməsini hədəfləyən addım idi”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı deyib.
O, əlavə edib ki, düşmənin mülkü obyektləri vurması onun iç üzünü göstərdi: “Bir nəfər belə müharibədən yayınmadı. Müharibə hər bir millətin taleyində ağılı-acılı olsa da, hamı sevinclə getdi, Prezident İlham Əliyevin çağırışlarına səs verərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Şəhidlərin qanı yerdə qalmadı. Müharibə günlərində də Azərbaycan Prezidentinin qətiyyətli diplomatiyası xüsusi rol oynadı. Heç şübhəsiz ki, bu qələbənin memarı İlham Əliyevdir. Bu müharibə ilə yeni millət və dövlət doğuldu”.
Qasımlı qeyd edib ki, müharibədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayolarının yaradılması tarixi ədalətin bərpası ilə yanaşı, uzaq hədəflərdir: “İşğaldan azad ediləndən sonra aparılan quruculuq işləri ortadadır. Məqsədlərə çatmanın təməlində sabitlik, güclü dövlət və qətiyyətli lider dayanır”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





