• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Abel Məhərrəmov haradadır?

Abel Məhərrəmov haradadır?

Publika.az xəbər verir ki, Modern.az sabiq deputat, Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun harada olduğunu öyrənməyə çalışıb.

Çoxu elə bilir ki, akademik Abel Məhərrəmov rektor vəzifəsindən çıxarılandan sonra işsiz qalıb. Hətta bir müddət öncə bəzi KİV-lər də belə məlumat yaymışdılar. Amma Bakı Dövlət Universitetindən əməkdaşımıza bildiriblər ki, Abel Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsini tutur. Onun bu kafedraya 2002-ci il­dən – hələ rektor olduğu dövrdə rəhbərlik etdiyi bildirilib. Yəni Abel müəllim rektor postundan uzaqlaşdırılsa da, kafedra müdiri vəzifəsini qoruya bilib.

Hazır­da kafedrada 20 mü­əl­lim, o cüm­lə­dən 1 aka­demik, 7 kimya elmləri doktoru-pro­fessor, 10 kimya elm­ləri namizədi-do­sent, 2 kimya elm­lə­ri na­mizədi-mü­əl­lim çalışır.

Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.

O, həm də iki III və IV çağırış Milli Məclisin (2005-2015-ci illər) 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatı olub.

Akademik hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin də üzvü idi.

Amma 2018-ci il noyabrında BDU-nun rektoru vəzifəsindən azad edilən A.Məhərrəmovun adı YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş növbədənkənar VII Qurultayında qurumun İdarə Heyətinə və Veteranlar Şurasına salınmadı.

Əslən Qərbi Azərbaycandan olan Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.

Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı idi. Buna görə də oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.

A.Məhərrrəmov 1966-cı ildə Amasiya rayonun Güllübulaq kənd orta məktəbini bitirdikdən sonra, elə həmin il də Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və oranı 1971-ci ildə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturada oxuyub.

1976-cı ildən Bakı Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.

1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub.

1999-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

2009-cu ildə “Şöh­rət” or­deni ilə təl­tif olun­ub.

Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra elmi mükafatların sahibi, 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 30-dan çox ixtirası var. 30-dək kimya elmləri namizədi və doktoru hazırlayıb.

A.Məhərrəmov 2005 və 2010-cu illərdə 16 say­lı Ya­sa­mal II seç­ki dai­rə­sin­dən Milli Məclisinin III və IV çağırışları üzrə deputatı seçilib. 2015-ci ildə deputat mandatı ilə vidalaşıb.

2018-ci ilin noyabrında onun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalanıb.

Evlidir, 2 övladı, 5 nəvəsi var.

Sabiq rektorun hazırda Bakıda qeyri-rəsmi biznesinin olduğu və onu idarə etdiyi də bildirilir.

A.Məhərrəmovun adı bu günlərdə oğlu ilə bağlı gündəmə gəlmişdi. Belə ki, sabiq rektorun oğlu Anar Məhərrəmov 26 iyul 2021-ci il tarixində Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Qeyd edək ki, Anar Məhərrəmov 2016-cı oıdən 2021-ci ilin aprelinədək Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

Keçmiş rektorun digər övladı – qızı Nərminə Məhərrəmova Bakıda yerləşən "Qlobus" uşaq bağçasına rəhbərlik edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR