Nida Xəbər
Polad Bülbüloğlu fransalı səfirlə Soçi görüşünü MÜZAKİRƏ ETDİ
Cari ilin 8 dekabr tarixində Səfir Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Səfiri fransalı həmkarı ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparmışdır. Eyni zamanda söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.
Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, post münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.
Polad Bülbüloğlu ölkəmizin Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh prosesinə hazır olduğunu bildirmiş, bu kontekstdə sözügedən bəyanatların bəndlərinin Azərbaycan tərəfindən yerinə yetirilməsi məqsədi ilə praktiki addımların atıldığına baxmayaraq, Ermənistan tərəfindən bu öhdəliklərin hələ də icra olunmadığını vurğulanıb.
Ermənistanı mövcud reallıqla barışmalı olduğunu və tezliklə regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini önə çəkən Səfir, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən İşçi qrupun keçirildiyi görüşləri qeyd etmiş və bu xüsusda, bölgədə nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasının buradakı ölkələr üçün yeni imkanlar yaradacağına, əməkdaşlıq və sülhə xidmət edəcəyinə əminliyini ifadə edib.
Soçidə baş tutmuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırmışdır ki, bu görüş Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olmuşdur və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.
Daha sonra Fransalı Səfir iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş etmişdir.
Ölkəmizin Səfiri Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı müvafiq təmasların baş tutduğunu diqqətə çatdıraraq, ikitərəfli komissiyanın tezliklə yaradılmasının zəruriliyini qeyd etmiş və bu prosesin başlaması Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli addım olacağını önə çəkmiş və Azərbaycan tərəfinin bu məsuliyyətli işə hazır olduğunu bildirib.
Eyni zamanda, Polad Bülbüloğlu azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat verərək, Füzuli şəhərində cəmi 8 ay ərzində beynəlxalq hava limanının inşa edildiyini, eləcə də qısa müddət ərzində yeni və müasir standartlara cavab verən “Zəfər yolu”nun istifadəyə verildiyini həmsöhbətinin diqqətinə çatdırıb.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanın Səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.
Fransalı Səfir Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirmişdir.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






