Nida Xəbər
“Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.
Görüş ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçiriləcək. Ona görə də sammitdə Belarusun rəsmi nümayəndələri olmayacaq, Minsk isə rəmzi “bayraqsız boş oturacaq”la təmsil olunacaq.
Aİ-nin yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)