Nida Xəbər
Baş Prokurorluqda kollegiya iclası keçirildi - FOTO
Dekabrın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və digər məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Publika.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Baş Prokurorluğun binasının foyesində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub.
Kollegiya iclasında çıxış edən Baş Prokuror Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratdığını vurğulayıb.
Həmçinin, Prezident İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.
Kollegiya iclasında ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla son günlərdə ölkədə sağalanların sayının artması ilə yanaşı vaksinasiyanın uğurla aparılması nəticəsində əhalimizin çox hissəsinin peyvənd olunduğunu bildirilib, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.
Ötən kollegiya iclasından keçən müddətdə bir çox ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətlərinin, beynəlxalq təşkilat və qurumların rəhbərlərinin ölkəmizə işgüzar səfərlərinin önəmi barədə iclas iştirakçılarına məlumat verilib.
İclasda Azərbaycan Prezidentinin 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılan “Elektron prokurorluq” informasiya sisteminin tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluq üzrə yaradılan İşçi qrup tərəfindən görülən işlər və qarşıda duran vəzifələrə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Normativ hüquqi aktların rəsmi şərhinin verilməsinə dair Azərbaycanın Konstitusiya Məhkəməsinə göndərilən sorğuların və qanunvericilik təşəbbüsü qaydasında hazırlanan qanun layihələri ilə bağlı Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi vəziyyətinin ümumiləşdirilməsi ilə əlaqədar Azərbaycanın Ali Məhkəməsinə göndərilən sorğularla bağlı Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, “Prokurorluq orqanlarının sosial media siyasəti haqqında” Təlimatın layihəsi ilə bağlı Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan qanununa uyğun olaraq icrası həvalə olunan vəzifələrə təyinatlara razılıq verilməsi və həmçinin prokurorluğa qulluğa qəbul barədə 31 may 2021-ci il tarixdə elan olunan müsabiqə üzrə müəyyən edilən yerlərin sayının artırılması ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.
Aparılan müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO