Nida Xəbər
ASELSAN Qarabağda ağıllı şəhər konsepsiyasına qoşulmaq istəyir
Vətən müharibəsindən sonra Qarabağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkanlarımızla töhfə vermək istəyirik.
Publika.az xəbər verir ki, bunu "Xalq" qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.
O qeyd edib ki, yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox sistem var. Bu istiqamətdə Türkiyədə qurduğumuz və tətbiq etdiyimiz bir sıra layihələr var.
"ASELSAN nəqliyyatdan başlayaraq sağlıq, ödəniş sisteminə qədər bütün istiqamətlərdə şəhərin mənalı şəkildə idarəsində istifadə edilə biləcək data və netvork əsaslı proqramları həm yazır, həm də layihələndirir. Vətən müharibəsindən sonra Qarabağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkanlarımızla töhfə vermək istəyirik. Biz bu şəhərlərin layihələndirilməsində, dizayn olunmasında məsuliyyət götürərək dəstək vermək arzusundayıq. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçiririk. Oktyabr ayında iştirak etdiyimiz “Qarabağı yenidən qur 2021” yarmarkası bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq", - deyə o bildirib
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)