Nida Xəbər
Ramin Hacılının vəsatəti təmin edilmədi
Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib.
O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmdə ifadə verən şahidlər Kamran Abbaszadə, Fərman Həsənov və Kənan Tağıyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.
Onların sözlərinə görə, onlar "Şengen" vizası almaq üçün 250 manatdan 2 min 500 manata qədər pul veriblər:
"Ramin Hacılı verdiyi vədi yerinə yetirib. Ondan heç bir tələbimiz yoxdur".
Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)
















.jpg)







.jpg)


