Nida Xəbər
Nə üçün sığorta haqqlarında meyar 8 min manat nəzərdə tutulur? - Detallar
"Ötən il orta aylıq əmək haqqı 732,1 manat olub. Amma sığorta haqqlarında əsas dəyər meyarı 8 min manatdır. 8 min manat meyarı gəlir vergisində güzəştlər də tətbiq olunur. İşəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Amma ölkədə orta aylıq əmək haqqı 731 manatdırsa, o zaman nə üçün sığorta haqqlarında meyar 8 min manat nəzərdə tutulmalıdır? ".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, digər tərəfdən, ödənilən məbləğə uyğun premium paketlərin də təklif olunmasına ehtiyac var:
"Yüksək gəlirli sektorlarda çalışan və 8 min manat əmək haqqı alan vətəndaşın aylıq tibbi sığorta ödənişi 160 manatdır. Bu, illik 1920 manat deməkdir. Həmin vətəndaşımız bu vəsaitə əksər halları əhatə edən könüllü həyat sığortası ala bilərsə, o zaman nə üçün o icbari tibbi sığortanın daha geniş xidmətlərdən istifadə edə bilməsin? İcbari tibbi sığortanı maliyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və şaxələndirilməsinə ehtiyac var. İcbari tibbi sığorta xərclərin 60 faizindən çoxu dövlət büdcəsi hesabına ödənilir. İkinci əsas mənbə vətəndaşların ödədiyi vəsaitlərdir. Bu sığortanın maliyyə mənbələrinin dayanıqlığına təsir edir. Sığortanın maliyə mənbələrinin dayanıqlığını gücləndirmək üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. Təəssüf ki, “re-financing” kimi alələtlərdən istifadə etməklə digər mənbələrdən əldə edilən vəsaitlərin həcmi olduqca azdır. Xüsusən büdcədən asılılığın azaldılması zərurudur. Çünkü mövcud vəziyyət sığorta mexanizmini büdcə imkanlarından asılı edir. Bütün bunlarla yanaşı, çətinliklərə baxmayaraq icbari tibbi sığortanın tətbiqi artıq reallaşır. Digər tərəfdən, etiraf etmək lazımdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi seçicilərimizin problemləri ilə bağlı göndərdiyimiz məsələlərə həssaslıqla yanaşır və umid edirik ki, sistemin təkmilləşdirilməsi üçün maliyələşmə, sığorta haqqları, hesabatlılığın artırılması ilə bağlı istiqamətlərdə fəaliyyətlər genişləndiriləcək".
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO