Nida Xəbər
Avropa İttifaqı ilə Azərbaycanın media əməkdaşlığı müzakirə olundu
                                    
                                    
                                    
                                Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib.
Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.
Publika.az xəbər verir ki, söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.
Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanın regiondakı aparıcı rolu müzakirə edilib. Avropa Parlamentinin deputatı avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirib. Tərəflər bu sənədi Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndiriblər.
Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışlarında Azərbaycan mediasının beynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəal iştirakının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son illər ərzində Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənib, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir.
Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi media əməkdaşlığında da yeni imkanlar açır. O, Avropa Parlamentinin üzvü Kristian Terheşi Azərbaycan reallıqları, xüsusilə də regionda sülh və bərpa prosesləri barədə obyektiv məlumatların Avropa ictimaiyyətinə çatdırılmasında dəstək göstərməyə dəvət edib.
Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycan–Avropa informasiya əlaqələrinin genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.
- 
                    
Region14:20Paşinyan Ərdoğanı İrəvana dəvət edib: Gələcək?
 - 
                    
İdman13:16Əfran İsmayılov 8 il əvvəlki oyunlardan danışdı: "Çelsi"dən 1 xalı belə almaq olar
 - 
                    
Sosial13:07AzTV-dən 26 milyon manatlıq nöqsana - REAKSİYA
 - 
                    
Nida Xəbər 12:50Paşinyan İlham Əliyevə təşəkkür etdi
 - 
                    
İdman11:04Türkiyə futbolu mafiyanın cəngində: Hakimləri qadınların vasitəsi ilə...
 - 
                    
MDB10:40Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi: Azərbaycanda gizlənir?
 - 
                    
İdman10:28Bu rəqib o rəqiblərdən deyil: Dünya çempionu ilə oyunda "Qarabağ"ı nə gözləyir?
 - 
                    
Maraq dünyası09:58Varlanacaq 3 bürc - Bolluq olacaq
 






        
    




.jpg)












.jpg)

.jpg)










