Nida Xəbər
Müdafiə Nazirliyinin KİV hesabatı
2022-ci ilin yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyində mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb.
Bu barədə Publika.az-a Nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az) 461 məlumat Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib.
Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 489, instaqramda 648, teleqramda 648 məlumat, tviterdə 547 tvit, yutub kanalında isə 199 videomaterial paylaşılıb.
Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 2279 foto və 199 video material yerləşdirilib.
Bundan başqa, kütləvi informasiya vasitələrindən (KİV) Azərbaycan, rus və ingilis dillərində daxil olan 51 sorğu cavablandırılıb.
Müvafiq dövrdə KİV-dən daxil olan 132 müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib.
Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, xüsusilə də azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrə və dövlət sərhədində yerləşən döyüş mövqelərinə ümumilikdə 16 media-tur təşkil olunub.
Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.
Hesabat dövründə yerli və xarici mətbuat, eləcə də sosial şəbəkələrdə maraq doğuran 15022 məlumat monitorinq olunaraq təhlil edilib.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin [email protected] və [email protected] elektron poçt ünvanlarına daxil olan 5272 müraciət də müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılıb.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































